Mayın 11-də IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışının “B” qrupunda sonuncu matç Türkiyə və İordaniya həndbolçuları arasında keçirilib.
Gununsesi.info xəbər verir ki, görüşün birinci seti Türkiyə təmsilçilərinin 11:10 hesablı üstünlüyü ilə yekunlaşıb. Türkiyəli həndbolçular görüşün ikinci hissəsini də öz xeyrinə başa vurublar – 15:11. Ümumi hesabda 26:21 hesabı ilə qalib gələn türkiyəli həndbolçular qrup mərhələsini məğlubiyyətsiz başa vuraraq yarımfinala yüksəliblər.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu rusiyalı hakimlər briqadası idarə edib.
Gununsesi.info