“Bakı-2017”nin cüdo yarışlarının ikinci günündə 12 idmançımız mübarizəyə qoşulur…

  • By admin
  • 14 May 2017 10:38

islam-1

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci gününə start verilib.

Gununsesi.info xəbər verir ki, yarışların ikinci günündə fərdi mübarizədə kişilər arasında 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlarda isə 70, 78 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında döşək üzərinə çıxacaqlar.

“Bakı-2017”də yarışa dörddəbir final mərhələsindən başlayacaq milli komandamızın üzvlərindən Məmmədəli Mehdiyev (90 kq) Abdalkarim Albişi (Səudiyyə Ərəbistanı) – Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri), “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) isə Ali Erdoğan (Türkiyə) – Mahmudulla Haq Mohammadi (Əfqanıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

Mübarizəyə dörddəbir finaldan qoşulacaq yığmamızın digər cüdoçusu, builki Avropa çempionu Elxan Məmmədov (100 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania ilə görüşəcək.

Qadınların mübarizəsinə yarımfinaldan qoşulacaq İrina Kindzerska (78 kq) finala adlamaq uğrunda ilk rəqibi Toqo idmançısı Noeline Essohanam Koroya, sonrakı döyüşdə isə Əlcəzair təmsilçisi Sonia Asselahana qarşı çıxış edəcək.

Gununsesi.info