Dünən Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib.
Gununsesi.info xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin 4 prioritet hədəfə əsaslanan Baş planının görüntüləri hazırlanıb.
Kadrlarda 2040-cı ilə qədər şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması, tarixi irsə qayğı, yeni şəhər iqtisadiyyatının qurulması mərhələləri öz əksini tapıb.
Qeyd edək ki, Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Qərar Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
Gununsesi.info