Bakı Ağır Cinayətlər Məhkəməsində ölüm -İTTİHAMLARI QƏBUL ETMƏYƏN ŞƏXSİN ÜRƏYİ DAYANDI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan şəxslərdən biri vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, proses zamanı qanunsuz ittihamlarla üzləşdiyini deyən  62 yaşlı Qədimov Şəmil Əli oğlu qəflətən halı pisləşərək yerə yıxılıaraq vəfat edib.

Bildirilir ki, prosesdə əsəbləşən vətəndaşın halı  nəticədə  pisləşib. Təcili Tibbi Yardım çağırılsa da o, vəfat edib.

Olayı araşdırmaq istəyən Gununsesi.info-nun əməkdaşı məhkəmə binasına buraxılmayıb.

Qeyd edək ki, həmin şəxsin dələduzluqda ittiham olunduğu deyilir.

Mətləb
GUNUNSESİ.İNFO