“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 3 reys təyin edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Məlumata görə, əlavə qatar reysləri dekabrın 31-də saat 16:00-da və yanvarın 3-də saat 07:50-də Bakıdan Ağstafaya, yanvarın 3-də saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək.
Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.
Gununsesi.info