Bakı Apellyasiya Məhkəməsində dava olub.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə avqustun 3-də qeydə alınıb. Məhkəmə zalında baş verən davada Bakı şəhər sakinləri – 1964-cü il təvəllüdlü Şükufə Maqsud qızı Mahmudova, onun oğlu, 1995-ci il təvəllüdlü Həsən Mahmudov və İsmayıllı rayon sakini, 1981-ci il təvəllüdlü Yaşasın Xatir oğlu Orucov bir-birilərini döyüblər. Onlar yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info