Bakı Apellyasiya Məhkəməsinin bu qərarlarından 2689 şikayət verilib

  • By admin
  • 27 Fevral 2021 19:49

2020-ci ildə Bakı Apellyasiya Məhkəməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına daxil olmuş işlərdən 2689 işə baxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Bunlardan 2047 iş (76.1%) üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 592 iş (22%) üzrə məhkəmə aktı ləğv edilib, 35 iş (1.3%) üzrə apellyasiya instansiyası məhkəməsinin qərardad və ya qətnaməsi dəyişdirilib, 15 iş (0.6%) üzrə kassasiya icraatına xitam verilib.

Ləğv edilən 592 işdən 33 iş (5.6%) üzrə yeni qərar qəbul edilib, 521 iş (88%) üzrə məhkəmə aktı ləğv edilib yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib, 1 iş (0.2%) üzrə ərizə baxılmamış saxlanılıb, 37 iş (6.2%) üzrə məhkəmə aktı ləğv edilərək, iş üzrə icraata xitam verilib.

Gununsesi.info