Bakı-Astana reysini yerinə yetirən təyyarə məcburi geri döndü

  • By admin
  • 21 Avqust 2017 17:35

aviabilety-baku-astana_2

Bu gün saat 12:50 radələrində Bakı-Astana reysini yerinə yetirən Qazaxıstanın “Air Astana” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan 2,5 saat sonra yenidən Bakı hava limanına qayıtmalı olub.

Gununsesi.info xəbər verir ki, “report”un “Air Astana” aviaşirkətinin Bakı nümayəndəliyindən əldə etdiyi məlumata görə, hadisəyə səbəb təyyarədə yaranan texniki problemlər olub.

Xəzər dənizi üzərində 2 saatdan artıq uçuşdan sonra təyyarə texniki çətinliklə əlaqədar Bakıya geri dönməli olub. Aviareysin bu axşam saat 21:30-da yenidən yerinə yetirilməsi nəzərdə tutulub”, – deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bu reysin sərnişinlərinin əksəriyyəti Almatı üzərindən Astanaya getməyi planlaşdırırdılar.

Gununsesi.info