“Bakı-Astara istiqamətində yeni layihə hazırlanır”

  • By ilhame
  • 12 İyun 2024 13:43

“Bakı-Astara istiqamətində xüsusi plan üzərindən işlər nəzərdə tutulur. Növbəti ildən bu yolda layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir”.

 

Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC -nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzərindən həyata keçirilir:

 

“Hazırda Bakı-Yalama istiqamətində yollarımız yenidən qurulur. Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır”.

Gununsesi.info