Bakı Bəyannaməsi imzalandı

Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısının nəticəsi olaraq Bakı Bəyannaməsi imzalanıb.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, imzalanan sənəd nəqliyyat və kommunikasiya sahələrini ehtiva edir.

Gununsesi.info