Bakı Baş Səhiyyə İdarəsi ləğv edilir – yeni mərkəz yaradılır

  • By admin
  • 30 İyun 2021 15:56

“Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. Bununla bağlı proses yaxın zamanlarda yekunlaşacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” ilə bağlı sualları cavablandırarkən bildirib.

O qeyd edib ki, ilkin səhiyyə xidmətinə aid olan strukturlar həmin tibb mərkəzində birləşəcəklər: “5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. Mərkəzin tabeliyində olacaq poliklinikalardakı dar ixtisaslı həkimlər Kliniki Tibbi Mərkəzin tabeçiliyinə veriləcək. Nəticə etibarı ilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.

Gununsesi.info