Beynəlxalq Avtovağzalı 25 dekabr-7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Gununsesi.info-nun məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb.
“Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir”- deyə, bildirilib.
Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.
Gununsesi.info