Bakı bulvarında 26 yaşlı oğlan dənizə düşüb

  • By admin
  • 13 Aprel 2018 08:46

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1992-ci il təvəllüdlü Pənahov Rəhim Nizam oğlu  sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Gununsesi.info