Bakı Dəniz Limanında işçi yıxılaraq öldü

Bakı Dəniz Ticarəti Limanında bədbəxt hadisə baş verib.

 

Gununsesi.info -nun məlumatına görə, Limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.

 

M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.