Bakı dairəvi dəmir yolunun əsaslı təmir işləri davam edir - FOTOLAR

  • By Mayil
  • 22 Noyabr 2016 15:30
demir
Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işləri davam edir.
Bu barədə Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumatda bildirilir ki,bu gün Nərimanov – Böyükşor mənzilində daha 1125 metr yolun qoyuluşuna başlandı. Yolun qoyuluşu  iki gün davam edəcək.
Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.  İşlər mərhələ-mərhələ aparılır.
Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilmişdir. Əvvəlcə Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissənin torpaq yatağı işlənmiş, sonra yolun qoyuluçuna başlanmış və 750 metr uzunluğunda yol qoyulmuşdur.
Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə,  nəqliyyat problemi, qismən də olsa,  aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq.
demir1 demir2
Mürtəza
Gununsesi.info