Bakı Dairəvi-1 yolunda maşının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub – YENİLƏNİB

  • By admin
  • 27 Fevral 2018 23:16


Bakı Dairəvi-1 yolunda maşının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub.

“Report” xəbər verir ki, bu, 1974-cü il təvəllüdlü Əliyeva Rənuziyə Xıdır qızıdır.

Hadisəni minik avtomobili törədib. Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

***21:21

Bakı Dairəvi-1 avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, təxminən 40-45 yaşlı qadın yolun Yasamal rayonu ərazisinə düşən hissəsində naməlum markalı avtomobil tərəfindən vurulub.

Yaralı hadisə yerində keçinib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Gununsesi.info