Bakı-Gəncə sürət qatarının işə salınacağı vaxt açıqlandı

  • By admin
  • 06 Yanvar 2017 16:13

nadir

Bakı-Gəncə sürət qatarının fəaliyyətə başlayacağı vaxt məlum olub. Ölkənin Qərb bölgəsinə sürət qatarı Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun əsaslı təmiri yekunlaşdıqdan sonra hərəkət edəcək.

Bunu Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək: “Gəncəyə İsveçrənin  “Stadler Rail” şirkətinin “KİSS” markalı qatarları hərəkət edəcək. Ehtimal edirik ki, əlavə bu cür qatarların alınmasına ehtiyac yaranacaq”.

Qeyd edək ki, hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Ötən ilin dekabr ayında Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Bu layihənin icrasına isə 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 186 km dəmir yolu əsaslı təmir olunub.

Gununsesi.info