Bakı gömrüyünün rəisi də işdən qovuldu - ÖZƏL

  • By admin
  • 24 Avqust 2022 16:53

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli tutduğu vəzifədən azad edilib.

Bu barədə Gununsesi.info-ya Gömrük Komitəsindəki mənbə bildirib.

HTML tutorial

Məlumata görə, bununla bağlı əmri DGK sədrinin səlahiyyətlərini icra edən Şahin Bağırov verib.

Xatırladaq ki, Pərviz Kəngərli keçmiş sədr Səfər Mehdiyevin ən yaxın adamlarından biri olub.

Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.

Bundan başqa, Pərviz Kəngərli həm də peşəkar güllə atıcısı kimi tanınır və bir sıra turnirlərdə iştirak edərək qaliblər sırasında olub.

 

Gununsesi.info