Bakı İdman Sarayında Türkiyə üçün yardım kampaniyasının ikinci günü - VİDEO

  • By admin
  • 09 Fevral 2023 11:59

Türkiyəyə yardımla bağlı Bakı İdman Sarayında toplanan yardım kampaniyası bu gün səhər saat 11:00-dan başlayaraq yenidən davam edir.

Gununsesi.info xəbər verir ki, yardım üçün lazım olan ləvazimatların, uşaq yeməklərinin, konservlərin, quru qidaların, qeyri-qidalardan – yorğan-döşək, qış üçün qalın üst geyimləri və digər əşyaların gətirilməsi davam edir.

Əşyaların sayı həddən artıq çox olduğundan DİN əməkdaşları tərəfindən gecə saatlarından indiyədək gücləndirilmiş iş rejimində çalışırlar.

Eyni zamanda daşınma prosesinə dəstək üçün Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin briqadaları da əraziyə cəlb olunublar.

Qeyd edək ki, vətəndaşlardan yardım kampaniyasına gətirdikləri əşyaları səhər saat 11:00-dan axşam saat 21:00-a qədər çatdırmaları rica olunur.

Gununsesi.info