Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılsın - Ermənistan prezidenti

  • By admin
  • 16 Noyabr 2016 18:09

sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, o,  bildirib ki, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.

S. Sarkisyanın sözlərinə görə, ötən əsrin 90-cı illərin əvvəllərində belə praktika olub: “O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.

Gununsesi.info