Bakı ilə İrəvan arasında sülh müqaviləsi… - Çavuşoğlu

Biz Cənubi Qafqazdakı durumu da müzakirə etdik.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır:

“Biz istəyirik ki, regionda sülh olsun. Mən həmkarımla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlər barədə də danışdım”.

 

Gununsesi.info