Rusiyanın “NordStar” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə əldə edib.
Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin Aaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.
Sənəddə bildirilir ki, “NordStar” həftədə bir dəfə olmaqla Samara-Bakı reysi ilə müntəzəm sərnişin daşınması üçün icazə alıb.
Gununsesi.info