Bakı ilə danışıqlarda əsas vasitəçi… - Simonyan

Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlarda əsas vasitəçi olaraq qalır.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O bildirib ki, İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə təkliflərin mübadiləsi müxtəlif oyunçuların, ilk növbədə, əsas vasitəçi olaraq qalan Rusiyanın iştirakı ilə baş verir:

“Rusiya əsas aktor olmaqda davam edir, lakin həm ABŞ-dan, həm də Fransadan da təşəbbüslər var. Onlar kifayət qədər aktivdirlər”.

 

Gununsesi.info