“Bakı İrəvanla danışıqları bərpa etməyə hazırdır” – Pia Kauma

  • By admin
  • 18 Noyabr 2023 16:14

ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma hesab edir ki, Bakı sülhün bərqərar olması ilə bağlı İrəvanla danışıqları bərpa etməyə hazırdır.

Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, o, bunu İrəvanda keçirdiyi brifinqdə deyib.

Kauma bu təəssüratın Bakıya səfərindən sonra yarandığını qeyd edib. O, sülh sazişinin imzalanması ehtimalının olduğuna ümid edir.

“Biz bir təşkilat olaraq tərəfləri danışıqları davam etdirməyə və razılığa gəlmək üçün yeni imkanlar axtarmağa çağırırıq. Bu region çox vacib olduğundan, o cümlədən iqtisadi baxımdan, imkanlar çoxdur, lakin sülh və təhlükəsizlik lazımdır ki, investorlar bu regiondan yayınmasınlar”, – deyə ATƏT PA prezidenti bildirib.

Gununsesi.info