

Bakı kəndlərində valideynlər qızlarını təhsildən yayındıraraq erkən nigaha vadar edirlər.
Gununsesi.info xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva Mill Məclisdə keçirilən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən dəyirmi masada çıxışi zamanı deyib.
Onun sözlərinə görə, bu gün Bakının ətraf kəndlərində valideynlər qız övladlarını tam orta təhsil alamsına şərait yaratmır və onları 7-8-ci sinifdən sonra məktəbə buraxmər və təhsildən yayındırılar: “Deyəndə də. Bildirirlər ki, övlad mənimdir, özüm bilərəm. Biz belə hallarla tez-tez rast gəlirik. Bu halların qarşısını almaq üçün Bakı kəndlərinin məktəblərində və vətəndaşalar arasında maarifləndirmə işləri aparırıq. Biz belə halla bu yaxınlarda Qala qəsəbə məktəbində rastlaşmışıq”.
M. Vəliyeva digər narahatçılığı da dilə gətirərək bidlirib ki, narahatedici digər əsas məqəm isə Bakı kəndlərində qız uşaqlarının 8-ci sinifdən sonra qızlarını erkən nigaha məcbur edirlər: “Belə ki, valideynlər 8-ci sinifdən sonra öz qız övladlarını ərə verirlər. Bu da sonda bir çox problemlərə yol açır. Qadın bir müddətdən sonra işləmək üçün müraciət edəndə belə onların natamam təhsillə bağlı şəhadətnamələri olmur. Erkən nigaha vadar edilən qızlar ailə qurandan 7-8 il sonra məktbələrə müraciət edib şəhadətnamə almaq istəyirlər. Ona görə də bu məslələrə ciddi yanaşamq lazımdır”.
M. Vəliyev onu da bildirib ki, belə hallarına yol verən valideynlər cinayət məsuliyyətinə cəlb olunmurlar. “Təklif edirəm ki. qanunvericilikdə belə hallara yol verən valideyndlərin məsuliyyət məsələsinə baxılmalıdır”.
Mürtəza
Gununsesi.info