Azərbaycan və Moldova arasında Bakı-Kişinyov birbaşa aviareyslərinin açılması imkanı müzakirə mövzusudur.
Gununsesi.info xəbər verir ki, bunu Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.
“Bu gün Moldovada Azərbaycan kapitallı şirkətlər var və biz onların sayını artırırıq. Hazırda 130 şirkət Moldovada fəaliyyət göstərir. Bu sahədə işlər aparılır”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Moldova Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Gununsesi.info