Bakı-Köçərli qatarının hərəkətiDAYANDIRILMAYACAQ

Bakı-Köçərli qatarının hərəkəti

Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılıb.

Bu barədə Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qurum vətəndaşların nəzərinə çatdırır ki, Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılır.

Qeyd edək ki, QSC-nin İdarə Heyətinin 29 yanvar 2018-ci il tarixli 1 nömrəli qərarına əsasən iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədilə Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılmalı idi.

Gununsesi.info

COMMENTS