Bu il Bakı Beynəlxalq Dəniz Limanı 104-105 min TEU konteyner aşırmağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının direktoru Eldar Salahov bildirib.
“Fikirləşirəm ki, bu il qeyd olunan göstərici 104-105 minə çatacaq”, – Eldar Salahov qeyd edib.
O əlavə edib ki, 2024-ci ildə Liman tərəfindən 76 mindən artıq TEU konteyner daşınıb və bu göstərici ilə müqayisədə cari il qeyd olunan göstərici üzrə 40% artım gözlənilir.










