Bakı məktəbində rüsvayçılıq -işə DİN qarışdı

  • By admin
  • 07 Dekabr 2021 12:30

“Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir”.

Gununsesi.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir:

“Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Qeyd edək ki, paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində nizam-intizam qaydalarının kobud şəkildə pozulduğu iddia edilir. Sosial şəbəkələrdə edilən paylaşımda iddia olunur ki, məktəbdə sagird sinifdə şalvarını çıxarır, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir və buna səlahiyyəti şəxslər müdaxilə etmir:

“Yeddinci sinifdə təhsil alan şagird müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir, polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər”.

Gununsesi.info