“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir

  • By admin
  • 28 Dekabr 2016 15:05

metro

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayram münasibəti ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bunu Gununsesi.info-ya açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. O qeyd edib ki, gücləndirilmiş iş rejimi yalnız 31-i bayram gününü əhatə edəcək: “Əgər ehtiyac yaranarsa, o zaman yeni il gecəsi “Bakı Metropoliteni”n işçiləri adi günlərdən fərqli olaraq 1 saat çox çalışacaq”.

Qeyd edək ki, Beynəlxalq Avtovağzal dekabrın 29-dan yanvarın 5-dək, dəmir yolu isə dekabrın 29-dan yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Anar

Gununsesi.info