“Bakı Metropoliteni” musiqi günündə pulsuz konsert verəcək

  • By admin
  • 17 Sentyabr 2016 10:30
musiqi
“Bakı Metropoliteni” QSC bu əlamətdar günü özünəməxsus qeyd edəcək. Belə ki,  sentybarın 18-də Milli Musiqi Günü ilə əlaqədar olaraq  “Elmlər Akademiyası”, “28 May” və “İçərişəhər” stansiyalarında sərnişinlər üçün  canlı musiqi təşkil ediləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xdmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, sntyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür və bu gün  Azərbaycan Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Bu günü “Bakı Metropoliteni” QSC bu əlamətdar günü özünəməxsus qeyd edəcək. Belə ki, “Elmlər Akademiyası”, “28 May” və “İçərişəhər” stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruppalarının ifasında musiqi çələngi bəxş ediləcək. Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək.
Tədbir 18 sentyabr tarixi saat 11:00-da “Elmlər Akademiyası” stansiyasının əsas girişində başlayacaq. 12:15-də “28 May” stansiyasında 13:30-da “İçərişəhər” stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.
musiqi1
Gununsesi.info