Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

22 Sentyabr 2017 - 17:54

Bakı Metropolitenində ən müasir sistemlərlə təchiz olunmuş dispetçer mərkəzi fəaliyyətə başladı- FOTOLAR

metro_dispetcher_220917_01

Bakı Metropolitenində sonuncu dispetçer mərkəzi ən müasir sistemlərlə təchiz olunaraq yeni texnoloji korpusda fəaliyyətə başlayıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən Gununsesi.info-ya verilən məlumata görə, metropolitenin funksional fəaliyyəti, əsasən, elektrik enerjisindən asılı olduğu üçün dispetçer idarəetməsində müasir sistemlərlə təchiz olunmuş mərkəzin qurulması yalnız mərhələlərlə aparılmalı idi. Mərkəzin tam funksionallığını təmin etmək məqsədilə ardıcıl fəaliyyət proqramı və iş planı hazırlanaraq həyata keçirilib.

Şəhərin və ölkənin enerji mənbələri ilə zəncirvari əlaqədən savayı, müxtəlif gərginlikli sahələrin lazım olan enerji ehtiyaclarının ödənməsi, ilk növbədə, qatarların hərəkətini təmin edən sistemlərin fəaliyyəti məhz bu mərkəzdən asılı olur. Dispetçer bütün elektrik təchizat sistemlərinə nəzarət edir, tənzimləyir, nizamlayır, ən əsası bu mürəkkəb mexanizmləri idarə edir. Həmçinin dispetçerin operativ qərarları, xüsusən qatarların hərəkəti zamanı yaranmış situasiyalarda qərarı təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də metropolitendə keçən il istismara verilmiş Bənövşəyi xəttin digər dispetçer mərkəzləri müstəqil fəaliyyət göstərsə də, elektrik təchizatı dispetçerinin işi vahid şəbəkə kimi bir mərkəzdən idarə olunur.

Tədbirlər planına uyğun olaraq, ilk növbədə, qatarların hərəkətini təmin edən dartı və dartı-alçaldıcı yarımstansiyaların yeni sistemə qoşulması işləri görülüb. Bu yarımstansiyalarda 1960-cı illərdə quraşdırılmış rele-kontaktor sistemi olan təmassız VRTF-3 kommunikasiya sistemi və onun MKT-3 elektron analoqu müasir elektron teleidaretmə sistemi ilə əvəzlənib.

Yeni mərkəzdə dispetçer bütün avadanlıqları, texniki göstəriciləri əyani müşahidə edib işini nəzarətdə saxlamaqla, məsafədən teleidarəetməni, tam olaraq, üzərinə götürüb. Teleidarəetməyə yarımstansiyanın götürdüyü yükdən, hərarət, cərəyan, gərginlik və s. hədlərdən tutmuş bütün sahələrin elektrik təchizatına, həmçinin ən kiçik məqamlara qədər hər bir proses daxildir. Bu yeniləşmə sayəsində idarəetmədə insan faktoru ən aşağı həddə endirilib və elektrik təchizatı təhlükəsizliyi ən yüksək həddə çatdırılıb.

Yeni sistem həm də dartı, dartı-alçaldıcı və alçaldıcı yarımstansiyaların fəaliyyətini nəzarətdə saxlayıb, yeri gəldikdə, qabaqlayıcı tədbirləri əvvəlcədən müəyyən etməyə və mümkün problemlərin qarşısını almağa kömək edir.

Daha bir mühüm cəhət SCADA sisteminə çıxışın təmin edilməsidir. Beləliklə, metropolitendə bütün sahələrin dispetçer idarəetməsinin SCADA sisteminə tam keçidinə şərait yaradılıb.





loading...