“Bakı Metropoliteni”nin fəaliyyəti müzakirə olundu

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Gununsesi.info quruma istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətin sədri Zaur Hüseynov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.

HTML tutorial

İclasda cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikası və 2020-ci il üzrə audit olunan maliyyə hesabatı ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası Azərbaycan Prezidentinin 2021-ci il 30 mart tarixli sərəncamına əsasən yaradılıb.

Gununsesi.info