Gununsesi.info- nun məlumatına görə, qatar metro stansiyaların platformasına yaxınlaşan və platformadan hərəkət edən zaman qatarın getdiyi istiqamət barədə məlumatlandırıcı səs hər iki dildə (Azərbaycan dili və İngilis dili) uşaq səsi ilə səsləndirilir. Təşkil edilən bu maraqlı aksiya sərnişinlərin üzündə təbəssümə səbəb olub və xoş əhval bəxş edib. Həmçinin metronun stansiyalarında, eskalatorda enib-qalxarkən metronun qaydaları və təhlükəsizlik barədə eşidilən elan da uşaqların dili ilə səsləndirilir.
Bundan əlavə metro stansiyaların elektron lövhələrində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan yazılar da nümayiş etdirilir.
Bu aksiya üç gün davam edəcək. “Bakı Metropoliteni” tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, 2 nəfər məktəbəqədər yaşlı uşaq da iştirak edir. İştirakçılar arasında Azərbaycan vətəndaşları və əcnəbilər var.