Bakı metrosunda bu gecə təlim keçiriləcək

  • By ilhame
  • 28 Fevral 2024 22:31

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC 29 fevral 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

 

Gununsesi.info Nazirliyə istinadən xəbər verir ki, təlimin metronun “Nəriman Nərimanov” stansiyasında keçirilməsi planlaşdırılır.

 

“Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda baş tutacaq təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Gununsesi.info