Bakı metrosunda həyəcanlı anlar yaşanıb

  • By admin
  • 27 Aprel 2017 10:00

heyecan

Aprelin 27-də səhər saatlarında Bakı Metropolitenin “Dərnəgül- Həzi Aslanov” istiqamətində hərəkət edən qatarında sərnişinlər həyəcanlı anlar yaşayıb.

Gununsesi.info-nun xəbərinə görə,  qatar  metronun  “Əcəmi” stansiyasında 10, “İnşaatçılar” stansiyasında isə 7 dəq dayanma ilə hərəkət edib. Maşinist və bələdçi bunu qatarda nasazlığın olmasıyla əsaslandırıblar.

Qeyd edək ki,  vaqonlara  normadan artıq sərnişin minsə də, maşinistlər  qatarda nasazlıq olmasıyla bağlı onları məlumatlandırmayıblar.

Gülanz Qənbərli

Gununsesi.info