Bakı metrosunda insident - Qadın qatar yoluna düşdü

  • By admin
  • 10 Avqust 2021 14:10

Bu gün saat 12:51-də Bakı Metropoliteninin “Gənclik” stansiyasında insident baş verib.

Gununsesi.info xəbər verir ki, qadın sərnişin qatar yoluna düşüb. Hadisə vaxtı platformaya yaxınlaşan qatarın maşınisti qatarı saxlayıb və qadın relslərin üstündən çıxarılıb.

Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hadisə vaxtı relslərdəki gərginlik ayrılıb.

İlkin araşdırmalardan sonra qatar yoluna düşən qadının 1967-ci il təvəllüdlü Dilguşə Bəkirova olması müəyyən edilib.

Gununsesi.info