
Ötən gecə Bakı Metropoliteninin “Koroğlu” stansiyasında qəfil ölən şəxsin kimliyi müəyyənləşib.
Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, metronun pilləkənində halı pisləşən və oradaca keçinən şəxsin paytaxt sakini, 1964-cü il təvəllüdlü Əliyev Zahid Əbdülməmməd oğlu olduğu müəyyən edilib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info