Bakı metrosunda problem yaşanıb

  • By admin
  • 27 Oktyabr 2017 09:05

Səhər saatlarında Bakıda metroda qatarların hərəkətində gecikmələr yaranıb.

Gununsesi.info-nun xəbərinə görə, məsələ ilə bağlı Bakı Mteropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Bakı Metropolitenini deposunda texniki problem yaranıb.

Mətbuat xidməti bildirib ki, yaranmış problemlər əlaqədar depodan qatarların ötürülməsində fasilələr yaranıb. Bu səbəbdən qatarların qrafikində ləngimələr olub və metro stansiyalarında sıxlıq yaranıb.

Onun sözləırinə görə, hazırda qatarların qrafikindəki gecikmələr aradan qaldırılırb, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxılığı da aradan qaldırlıcaq.

Gununsesi.info