Bakı metrosunda qatarların hərəkəti ləngidi

  • By Günel
  • 17 Sentyabr 2024 09:45

Bu gün Bakı Metropoliteni QSC-nin “Xalqlar dostluğu” və “Neftçilər” stansiyaları arasında hərəkət edən qatarın maşinisti qapılara müdaxilə ilə bağlı idarəetmə pultunda müvafiq siqnalların işarəsini hiss edib.

Gununsesi.info Axar.az – a istinadən xəbər verir ki, bunu səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, “Neftçilər” stansiyasında qapıya baxış keçirib. Qapının bağlanmaması ilə bağlı hər hansı səbəb müəyyən edilmədiyindən maşinist sərnişinləri düşürüb. “Koroğlu” stansiyasına qədər qatarın qapıları yenidən yoxlanılıb, hansısa problem olmadığından həmin stansiyada sərnişinlər yenidən götürülüb. Nəticədə intervaldan əlavə “Neftçilər” ilə “Ulduz” stansiyalarıı arasında 4 dəqiqə yubanma yaranıb. Əlavə ehtiyat tədbirləri görülüb.

Gununsesi.info