Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.
Gununsesi.info bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Bunun nəticəsində xətdə cüzi yubanmalar yaranıb. Metropolitenin Yaşıl və Qırmızı xətləri kəsişərək birləşdiyindən bu, təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamına təsir edib. Lakin qısa müddət ərzində aradan qaldırılıb.
Sentyabrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yeniliklə əlaqədar pik saatlarda xətlərdə daha çox qatarın hərəkətdə olması yaranan nasazlıqlar zamanı təhlükəsizlik baxımından xüsusi tənzimləmələrin tətbiq olunmasını tələb edir. Bu da bəzi hallarda qatarların stansiya, tunel və platformalarda gözlədilməsi zərurətini yaradır.
“Sərnişinlərdən bir daha xahiş edirik ki, qatarların hərəkətini yubadacaq hallara yol verilməsin”, – deyə məlumatda qeyd olunub.













