
Metronun “Memar Əcəmi” stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.
“Bakı Metropoliteni”ndən Gununsesi.info-ya verilən məlumata görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb.
Lakin stansiya yolunda olan kişi sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb.
Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.
Gununsesi.info