Bakı metrosunda sərnişinlər üçün konsert proqramı təşkil olunacaq

  • By admin
  • 30 Dekabr 2016 11:39

metro-qar

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 30-da saat 13:15-də Bakı metrosunun stansiyalarında sərnişinlər üçün konsert proqramı başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, bildirib ki, konsert proqramı “28 May”, “Elmlər Akademiyası”, “İçərişəhər” və “Bənövşəyi xətt”in “Memar Əcəmi” metro stansiyalarında baş tutacaq. Proqram yanvarın 2-də daxil olmaqla dörd gün davam edəcək.

N.Paşayev qeyd edib ki, sərnişinlər üçün əvvəl klassik, daha sonra xalq mahnıları ifa ediləcək. Konsert hər stansiyada saat yarım müddətində olacaq.

Gununsesi.info