Bakı metrosunda sərnişinlərinin sayi  azalib - STATİSTİKA

  • By admin
  • 14 İyul 2016 13:08

metro

 

 

Cari ilin yanvar-iyun aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 109,3 milyon nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% azdır.

 

Xatırladaq ki, yanvar-may aylarında metrodan istifadə edənlərin sayı 2,7% azalaraq 91,7 milyon nəfər olub.

 

Ümumilikdə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,9%-i metronun payına düşür.

Gununsesi.info