
Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Gununsesi.org-un məlumatına görə, hadisə “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında qeydə alınıb.
Saytımızın qatarda olan əməkdaşının verdiyi məlumata görə, qatarda tüstülənmə olub:
“Sərnişinlər qatardan boşaldılıb”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, qatarda tüstülənmə olub:
“Əməkdaşlarımız qatara baxış keçiriblər. Hər şey qaydasında olub və sərnişinlər yoluna davam edib”.
Gununsesi.org