Bakı metrosunda tüstülənmə baş verdi - Qatar boşaldıldı

  • By admin
  • 21 Sentyabr 2019 15:13

Bakı metrosunda həyəcanlı anlar yaşanıb. 

Gununsesi.org-un məlumatına görə, hadisə “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında qeydə alınıb. 

Saytımızın qatarda olan əməkdaşının verdiyi məlumata görə, qatarda tüstülənmə olub:

“Sərnişinlər qatardan boşaldılıb”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, qatarda tüstülənmə olub:

“Əməkdaşlarımız qatara baxış keçiriblər. Hər şey qaydasında olub və sərnişinlər yoluna davam edib”.

Gununsesi.org