Bakı metrosunda yeni departament rəisi

  • By Admin2
  • 08 Fevral 2025 15:16

Şaban Kamal oğlu İmkani Bakı Metropoliteni QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Qeyd edək ki, ki, Şaban İmkani 2008-2020-ci illərdə “Azərfon” şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə Azərbaycan Dəmir Yolları QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.