Bakı metrosunun əməkdaşı iş yerində vəfat edib

  • By admin
  • 22 Dekabr 2021 10:43

“Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov iş yerində vəfat edib.

Gununsesi.info xəbəbr verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

HTML tutorial

Onun sözlərinə görə, mərhum bu gün səhər saat 7:55-də metronun “Elmlər Akademiyası” stansiyasında olarkən özünü pis hiss edib. Dərhal stansiyaya təcili tibbi yardım xidməti cağırılıb, buna qədər isə ona ilkin tibbi yardım edilib. Həkim gələnə qədər isə E.Süleymanov dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Gununsesi.info