Bakı Metropoliteninin “Bənövşəyi xətt” üzrə şərti adı “B3” olan stansiyasında tikinti işləri sürətləndirilib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Bakı Metopoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
Sədr müavini bildirib ki, artıq stansiyada son model avadanlıqların quraşdırılmasına başlanılıb:
“Stansiyada yeni nəsil avadanlıqlardan istifadə olunur. Bu gedişlə stansiyanın 2019-cu ilin sonu, 2020-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır”.