Bu gün saat 10:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın paytaxtı Moskvanın Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli olan 852 saylı avaireysdə gecikmə baş verib.
Gununsesi.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Qurum rəsmisi qeyd edib ki, təyyarənin gecikməsinə səbəb texniki məsələdir:
“Uçuş saat 13:00-da yerinə yetiriləcək”.